Altay Mehdiyevin oğlu işdən çıxarılıb

 Altay Mehdiyevin oğlu işdən çıxarılıb
  12 Fevral 2014    Oxunub:4196
Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşeliyində kadr dəyişikliyi olub. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Hərbi attaşenin köməkçisi, polkovnik-leytenant Vüqar Altay oğlu Mehdiyev vəzifəsindən azad edilərək geri çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Nazirlikdən V. Mehdiyevin Azərbaycanda hərbi hissələrdən birində vəzifəyə təyin olunduğu bildirilib.

Qeyd edək ki, V. Mehdiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq qərargah rəisi və komandanı vəzifəsini icra etmiş general-mayor Altay Mehdiyevin oğludur.

O, 2012-ci ildə Türkiyədə hərbi attaşenin köməkçisi təyin olunub.


Teqlər:





Xəbər lenti