Manatın məzənnəsi ilə bağlı açıqlama: Risklər kəskin xarakter alıb

    Manatın məzənnəsi ilə bağlı açıqlama:   Risklər kəskin xarakter alıb
  21 Dekabr 2020    Oxunub:5598
Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biridir olaraq qalmaqdadır. Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri neft qiymətlərinin pisləşməsi fonunda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır.
Azvision.az xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində bildirilib.

Qeyd olunub ki, dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1,7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir.

Azvision.az


Teqlər: Büdcə   Məzənnə  





Xəbər lenti