Dövlət Sosial Müdafiəsi Fondunun dövlət büdcəsində gələn il üçün gəlir və xərcləri bərabər olaraq 5 milyard 146 milyon manat məbləğində proqnozlaşdırılır.
Azvision.az xəbər verir ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 milyard 631,5 milyon manat təşkil edəcək. Bu da cari ilin proqnozu ilə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur.