
20 gün ərzində təşkil edilmiş müəssisə gündəlik olaraq 2 çeşiddə 5000 ədəd çörək istehsal edir. İstehsal sahəsində 10 nəfər işlə təmin olunub. Müəssisə bölgədə xidmət aparan əsgər və zabitlərimizi çörəklə təmin edir.

Fasiləsiz işin təşkili məqsədilə müəssisə fərdi generatorla, su sistemi ilə təmin olunub. Tələbatın artacağı təqdirdə istehsalın həcminin və məhsul çeşidinin artırılması, yeni iş yerlərinin açılması nəzədə tutulur.
Azvision.az