Gələn il inflyasiya 3% səviyyəsində proqnozlaşdırılır

Gələn il inflyasiya 3% səviyyəsində proqnozlaşdırılır
  21 Dekabr 2020    Oxunub:1285
Gələn il Azərbaycanda inflyasiyanın 3% səviyyəsində olacağı proqnozlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Belə ki, ötən il olduğu kimi, məzənnə dayanıqlığının təmin olunmasına və inflyasiyanın təkrəqəmli səviyyədə saxlanılmasına nail olunub. 2020-ci ilin yanvar-noyabr ayları ərzində manatın ABŞ dollarına nisbətdə məzənnəsi 1,7 manat təşkil edib.

Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən orta illik inflyasiyanın cari ilin sonunda 2,8%, 2021-ci ildə isə 3% səviyyəsində olacağı proqnozlaşdırılır.

Azvision.az


Teqlər: Büdcə   İnflyasiya  





Xəbər lenti