Nazirlik əməkdaşları qaziyə baş çəkdi
Qaziyə yaxın günlərdə əlillik təyin olunacaq və aylıq təqaüdlə, həmçinin müavinətlə, reabilitasiya vasitələri ilə təmin ediləcək.
Saatlı rayonunda yaşayan ailə ilə görüş zamanı qazinin atası və anasının işsiz olduğu müəyyən olunub. Ona görə də və istəkləri nəzərə alınmaqla ailə üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatın yaradılması da qərara alınıb.
Qazinin qardaşı Elgünün mövsümi işdə çalışdığı nəzər alınmaqla və növbəti ildən daimi işlə təmin olunması üçün işlər aparılır.
Azvision.az