Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğu qeyd olunub. Əfqanıstanın hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək verdiyini qeyd edən nazir, qardaş ölkənin siyasi dəstəyinin 44 günlük Vətən Müharibəsi zamanı bariz şəkildə nümayiş etdirildiyini vurğulayıb. Azərbaycan xalqının bu dəstəyi yüksək qiymətləndirdiyi bildirilib.
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında görüş keçirilib - FOTO - YENİLƏNİB |
Tərəflər, ölkələr arasında iqtisadi, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri, o cümlədən Lapis-Lazuli tranzit yolunun inkişafı, Transxəzər fiber optik rabitə xətti, eləcə də Əfqanıstanlı gənclərin Azərbaycanda təhsil almaq imkanları və digər mövzular üzrə fikir mübadiləsi aparıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.
Azvision.az