Rustavidən “Qırmızı Körpü”yə yol çəkilişi təxirə salındı

Onun sözlərinə görə, koronavirus pandemiyasının yaratdığı problemlər səbəbindən hökumət bir sıra vacib layihələrin icrasını təxirə salıb. Hazırda mövcud olan maliyyə resurslarının çatışmazlığı səbəbindən Şərq-Qərb (E60) beynəlxalq avtomobil magistral yolunun ölkə ərazisindən keçən bu hissəsində (Rustavi-“Qırmızı Körpü”) yolun tikintisi təxirə salınıb.
“Gələn il icrasına başlanıla biləcək digər bir sıra layihələrin icrası təxirə salınır. Rustavi-“Qırmızı Körpü” və Rustavi-Sadaxlı yol hissələri də bu layihələrdəndir. Bu layihələrə 2023-cü ilə qədər start verə bilməyəcəyik. Layihələrin həyata keçirilməsinə hazır olsaq da, maliyyə və fiskal çərçivə buna imkan vermir”, - deyə M.Tskitişvili vurğulayıb.
Qeyd edək ki, ötən ilin fevralında Rustavi-“Qırmızı Körpü” və Rustavi-Sadaxlı magistral yollarının inşası ilə bağlı Avropa İnvestisiya Bankı Gürcüstana 250 milyon avro həcmində kredit ayırıb. Tikinti işlərinin 2023-cü ilədək başa çatdırılması planlaşdırılmışdı.
Azvision.az