7,3 ton dondurulmuş balıq məhv edilib
Həmçinin Məmmədli Azər Tofiq oğlu tərəfindən Rusiyadan idxal olunan dondurulmuş toyuq filesi məhsullarından götürülmüş nümunələrdə də patogenlər, o cümlədən salmonella aşkar edildiyi üçün məhsul partiylarının sanitariya-epidemioloji qaydalara və normativlərə cavab vermədiyi məlum olub. Bununla bağlı istifadəyə yararsız olan 4980 kq məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Azvision.az