“Azərsığorta” 751 şəhidin vərəsəsinə ödəniş edib

   “Azərsığorta” 751 şəhidin vərəsəsinə ödəniş edib
  22 Dekabr 2020    Oxunub:1813
Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq “Azərsığorta” şirkətinin daxili idarəetmə potensialı artırılıb, şirkət gücləndirilmiş iş rejiminə keçib.
Azərbaycan Mərkəzi Bankından Azvision.az -a verilən məlumata görə, şirkətin daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılıb, insan resursları artırılıb, təkrarlanan əməliyyatlar avtomatlaşdırılıb.

Qeyd olunub ki, vətəndaşların fiziki qəbulu üçün müasir standartlara uyğun xidmətlər təşkil edilmiş, zənglərin qəbulu üçün telefoniya sistemi qurulub. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilib.

"Şirkətin bütün rayonları əhatə edən filial şəbəkəsindən istifadə etməklə bütün şəhid ailələri ilə birbaşa əlaqə saxlanılır, sığorta ödənişi və əlaqədar sənədlərin əldə edilməsi ilə bağlı onlara məsləhət və əlaqədar dəstək xidmətləri göstərilir. 18 dekabr 2020-ci il tarixinə “Azərsığorta” tərəfindən 4 138 şəxsə ödəniş edilib. Onlardan 751 nəfəri şəhidlərin vərəsələri, 3 387 nəfəri isə xəsarət alanlardır".

Azvision.az



Teqlər: Azərsığorta   Ödəniş  





Xəbər lenti