“Kapital Bank” sərfəli şərtlərlə nağd pul krediti təklif edir
Şərtlərə görə, kreditin minimal məbləği 20 min manatdır, maksimal məbləğ isə 70 min manat təşkil edir. Kredit maksimum 7 il müddətinə verilir, illik faiz dərəcəsi isə 20 faizdən başlayır. Kredit qismində təqdim olunan vəsait, təminatın maksimum 65 faizini təşkil edə bilər.
Qeyd edək ki, kredit yalnız rəsmi iş yeri olan şəxslərə verilir. Kredit verildikdə təminat qismində olan daşınmaz əmlak sıgortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+99451) 250 99 99 “WhatsApp” nömrəsinə ünvanlaya bilərlər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Azvision.az
Teqlər: Bank