“Çətinliklərə baxmayaraq, vəziyyət qənaətbəxşdir” - Mikayıl Cabbarov

Azvision.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Qlobal dəyər zəncirinin qorunub saxlanılması təmin edilib. Neft hasilatının məhdudlaşdırılması ilə bu sektorda azalmalar olub. Qeyri-neft sektorunda azalmalar 2,9 faiz təşkil edib. Əsas vəzifə isə investisiya qoyuluşlarının təmin edilməsiridir. Dövlət sektorunda investisiya qoyuluşları cari ildə 4 faiz azalıb. Özəl sektorda isə 8 faiz artıb”, - deyə nazir bildirib.
Azvision.az
Teqlər: Mikayıl-Cabbarov