Hərracda 9 dövlət əmlakı özəlləşdirilib
Azvision.az -a verilən məlumata görə, müəssisələr Bakı şəhəri, Masallı və Yevlax rayonlarında yerləşir.
Hərracda həmçinin 5 nəqliyyat vasitəsi daxil olmaqla ümumilikdə 9 dövlət əmlakı özəlləşdirilib.
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.
Azvision.az
Teqlər: Hərrac