AzTU-nun layihəsi beynəlxaq müsabiqənin qalibi oldu
11 ölkədən 21 komandanın iştirak etdiyi müsabiqədə AzTU-nu Tədqiqat və inkişaf şöbəsinin müdiri, komanda mentoru, yarışın juri üzvü Mərziyyə Ağayeva, Tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi, komandanın rəhbəri Fərid Həsənov, komandanın üzvləri - İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Səfa Bakan və magistrant Nuru Daşdəmirli təmsil edib.
Layihədə suya qənaət qaydaları, həmçinin ona edilən qənaətin əlavə bonuslar qazandırması yolları, habelə bonusların digər kommunal xidmətlərə çevrilməsindən bəhs olunur. Əməliyyatları izləmək üçün komandanın hazırladığı "Kommunal Bank" adlı mobil tətbiqdən istifadə olunub. Bu tətbiq vasitəsilə bütün kommunal xidmətlərə nəzarət etmək və ödənişləri asanlıqla həyata keçirmək mümkündür.
Qeyd edək ki, AzTU komandasının layihəsi müsabiqədə qalib gələrək BMT-nin Davamlı İnkişaf Məqsədlərinə töhfə kimi təqdim olunub və sertifikatla mükafatlandırılıb.
Azvision.az