3 şagird eksternat imtahanlarında uğur qazanıb

3 şagird eksternat imtahanlarında uğur qazanıb
  24 Dekabr 2020    Oxunub:3423
2020-ci ildə paytaxt məktəblərində təhsil alan 3 (üç) şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün ənənəvi olaraq hər il eksternat qaydasında imtahan keçirilir.

Eksternat imtahanlarında şagirdlərin təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılır.

Azvision.az


Teqlər: Bakı   Təhsil  





Xəbər lenti