Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun müddəti uzadılıb
  25 Dekabr 2020    Oxunub:1690
Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulunun müddəti uzadılıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 15 yanvar 2021-ci il saat 23:59-dək uzadılıb.

Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti