Elxan Süleymanov mətbuatı tənqid etdi
O qeyd edib ki, Məşvərət Komitəsi 2012-ci ilin yanvarından – Avropa Parlamenti üzvünün Davranış Kodeksi qəbul olunduqdan sonra fəaliyyət göstərir. Davranış Kodeksini pozmuş deputatla bağlı Məşvərət Komitəsində dinləmələrin nəticəsi olaraq komitə AP sədrinə təkliflərlə müraciət edərək bu deputatın cəzalandırılmasını və ya ona bəraət qazandırılmasını tələb edə bilər. Davranış Kodeksini pozmuş AP üzvünə deputat maaşının kəsilməsi, onun Avropa Parlamentində bəzi fəaliyyətlərdən məhrum edilməsi, deputat ofisindən çıxarılması kimi cəzalar tətbiq edilə bilər.
Azərbaycanda prezident seçkilərinin başa çatmasından artıq dörd ay keçmişdir. Seçkilərdən dərhal sonra Avropa Parlamentinin seçkiləri müşahidə missiyası ilkin bəyanatla çıxış etmiş və seçkilərin demokratik, şəffaf keçirildiyini bildirib. Avropa Parlamentinin Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə rəsmi missiyasının fəaliyyəti başa çatmışdır və missiya üzvlərinin hər hansı bir formada cəzalandırılmasından söhbət gedə bilməz.
Deputat deyib ki, “Məşvərət Komitəsində fevralın 11-də keçirilən dinləmələrə AP-nin Azərbaycanda prezident seçkilərini izləmiş rəsmi müşahidə missiyasının yeddi nəfər üzvündən heç biri dəvət olunmayıb. Bu dinləmələrə dəvət olunan AP deputatları Azərbaycanda prezident seçkilərini beynəlxalq QHT-lərin nümayəndə heyətlərinin tərkibində müşahidə ediblər. Başqa sözlə, onlar qeyri-rəsmi müşahidə missiyalarının üzvləri olublar”.
E.Süleymanov diqqətə çatdırmışdır ki, belə iddiaların irəli sürülməsinin kökündə bir sıra dairələrin Azərbaycana təzyiqlərini yeni formada və məzmunda davam etdirmək niyyəti dayanıb. Azərbaycanın mənfi imicini formalaşdırmaq istəyən həmin dairələrin bu cür məkrli niyyətləri əvvəlcədən baş tutmadı. Azərbaycan xalqı öz seçimini etdi və beynəlxalq müşahidəçilər seçkilərin demokratik, şəffaf keçirildiyini bəyan etdilər.
Teqlər: