Sabiq prezident İlham Əliyevə məktub göndərdi

Sabiq prezident İlham Əliyevə məktub göndərdi
  26 Dekabr 2020    Oxunub:1314
2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti olmuş Stepan Mesiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azvision.az -ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, əziz dostum.

Bizim hamımıza çoxlu çətinliklər gətirən, dünyanı heç vaxt təsəvvür edə bilməyəcəyimiz şəklə salan bu ilin sonunda xüsusi məmnunluqla Sizə arzu edirəm ki, Yeni il sülh, anlaşma, qarşılıqlı əməkdaşlıq və pandemiyanın aradan qaldırılması üçün perspektivlər açsın.

Eyni zamanda, icazə verin, doğum gününüz münasibətilə Sizə ən xoş və səmimi arzularımı çatdırım, habelə öz Vətəninizin inkişafı naminə yorulmadan çalışdığınız ali vəzifənin yerinə yetirilməsi işində uğurlar diləyim”.

Azvision.az


Teqlər: İlham-Əliyev  






Xəbər lenti