Vilayət Eyvazovdan yeni rəis təyinatı

   Vilayət Eyvazovdan yeni rəis təyinatı
  27 Dekabr 2020    Oxunub:1324
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə şəhərinin Kəpəz Rayon Polis İdarəsinə yeni rəis təyin edib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Nəvayi Qasımov təyin olunub.

Məlumat üçün bildirək ki, yeni rəis daha öncə Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Kəpəz Rayon Polis İdarəsinin rəisi Vüqar Xəlilov bir müdət əvvəl Ağstafa Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Azvision.az


Teqlər: DİN   Nazir   Rəis   Təyinat  






Xəbər lenti