“Qalatasaray” 2 qolla lider oldu

“Göztepe” komandası doğma meydanda “Fatih Karagümrük" klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Digər görüşdə "Qalatasaray" səfərdə "Trabzonspor"un qonağı olub. Gərgin mübarizə şəraitində keçən derbi oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xal ehtiyatını 29-a çatdıran "Çim bom" turnir cədvəlində liderliyə yüksəlib, "Trabzonspor" isə 20 xalla 9-cu sıradadır.
Azvision.az
Teqlər: “Qalatasaray”