Teymur Rəcəbov erməni şahmatçı ilə heç-heçə etdi

 Teymur Rəcəbov erməni şahmatçı ilə heç-heçə etdi
  28 Dekabr 2020    Oxunub:2101
Blits şahmat üzrə onlayn “Airthings Masters” turniri davam edir.
Azvision.az -ın məlumatına görə, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın ikinci günündə 4 qarşılaşma keçirib.

Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakanura (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) ilə heç-heçə edən Teymur günün son matçında Ermənistan təmsilçisi Levon Aronyanla görüşüb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz yarım xalla kifayətlənib.

Məlumat üçün bildirək ki, bir gün əvvəl Danil Dubov (Rusiya), Maqnus Karlsen (Norveç) və Aniş Giri (Niderland) ilə heç-heçə edib, David Quijarronu (İspaniya) məğlubiyyətə uğradan Rəcəbov bununla xal hesabını 4,5-ə çatdırıb. O, yarışın iki günündən sonra 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə “səkkizlik”də qərarlaşanlar növbəti raunda adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.

Azvision.az


Teqlər: TeymurRəcəbov  





Xəbər lenti