Xocavənddə şəhid olan Elmir iki medalla təltif edilmişdi - FOTO

 Xocavənddə şəhid olan Elmir iki medalla təltif edilmişdi -  FOTO
  28 Dekabr 2020    Oxunub:3565
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.
Düşmənin təxribatı nəticəsində hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.

Azvision.az -ın məlumatına görə, Xocavənddə şəhid olan 1982-ci il təvəllüdlü Elmir Qənbərov bir neçə gün əvvəl Füzuli və Cəbrayılın işğaldan azad olunmasına görə medalları ilə təltif edilmişdi.



Azvision.az


Teqlər: Xocavənd   Şəhid  






Xəbər lenti