İrəvanda qarşıdurma: Deputat etirazçıları döydü - VİDEO

 İrəvanda qarşıdurma:  Deputat etirazçıları döydü -  VİDEO
  28 Dekabr 2020    Oxunub:3385
Ermənistanda hökumət və baş nazir Nikol Paşinyanın komandasına qarşı etirazlar getdikcə daha da artır.
Azvision.az xəbər verir ki, bu gün bir qrup erməni ilə Paşinyanın “Mənim addımım” fraksiyasında təmsil olunan deputat Sisak Qabrielyan arasında insident yaşanıb.

Avtomobilində əyləşən deputat ünvanına səslənən təhqirlərə dözməyərək aksiya iştirakçılarına hücum edib. Ermənilər bundan sonra ona yumurta atmağa başlayıblar. Hadisəyə polis müdaxilə etdikdən sonra ara sakitləşib.





Xatırladaq ki, bu gün səhər saatlarında etirazçı ermənilər “Mənim addımım” fraksiyasının digər deputatı Andranik Koçaryanı da yumurta atəşinə tutmuşdular.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Deputat   Etirazçı   İnsident  





Xəbər lenti