Karantində dəbdəbəli ad günü keçirən direktor işdən çıxarıldı

 Karantində dəbdəbəli ad günü keçirən direktor işdən çıxarıldı
  28 Dekabr 2020    Oxunub:3245
Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova işdən çıxarılıb.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil naziri müvafiq əmr izmalayıb.

Əmrə əsasən, 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabr tarixindən xitam verilib.

Qeyd edək ki, bir neçə gün öncə Nailə Məmmədova karantin rejimi qaydalarını pozaraq özünə dəbdəbəli ad günü mərasimi keçirmişdi. O, bu səbəbdən 3000 AZN, məclisdə iştirak edən daha 5 nəfər isə 200 manat məbləğində cərimələnmişdi.



Azvision.az


Teqlər: Direktor  






Xəbər lenti