Gömrükçülərdən “YAŞAT” Fonduna dəstək

Gömrükçülərdən “YAŞAT” Fonduna dəstək
  29 Dekabr 2020    Oxunub:1332
Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ianə ediblər.
Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a bildirilib ki, gömrük əməkdaşları Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna könüllü olaraq əməkhaqlarından 580 min manat məbləğində pul vəsaiti köçürüblər.

Azvision.az


Teqlər: Gömrük   YAŞAT   Fond  





Xəbər lenti