Bu şagirdlərə güzəşt ediləcək
- Fərdi məlumatları “Şagird-məzun” sisteminə artıq daxil edilərək qeydiyyatdan keçmiş, lakin şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlər həmin sənədlə buraxılış imtahanlarında iştirak edə biləcək;
- 01.09.2020-ci il tarixindən sonrakı müddətdə şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlərin müvafiq məlumatlarının həmin sənəddə göstərilən şəkildə "Şagird-məzun" sisteminə daxil edilməsi mümkün olacaq;
- Buraxılış sinif şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi müddəti 2021-ci il fevral ayının sonunadək uzadılacaq.
Xatırladaq ki, dekabrın 14-dən ölkə ərazisində bir sıra iş və xidmət sahələrinin fəaliyyəti dayandırılıb, habelə bir sıra dövlət orqanlarının, o cümlədən idarə, müəssisə və təşkilatların fəaliyyəti məhdudlaşdırılıb, həmçinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq edilib.
Azvision.az
Teqlər: Şagird