Paşinyan ermənilərin müharibə ittihamlarına belə cavab verdi

Paşinyan ermənilərin müharibə ittihamlarına belə cavab verdi
  29 Dekabr 2020    Oxunub:1597
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyət daha çevik siyasət yürütsəydi, Qarabağdakı müharibədən qaçmağın mümkünlüyü barədə açıqlamaları yersiz hesab edir.
Azvision.az xəbər verir ki, bu barədə o, "Facebook" hesabında bildirib.

Paşinyanın sözlərinə görə, bu tezisi təbliğ edənlər bir suala cavab verməlidir: niyə “çevik” siyasətlə 2016-cı ilin aprel müharibəsindən qaçmaq mümkün olmadı? O, həmçinin 2014 və 2015-ci illərdə vəziyyətin eskalasiyasını da xatırladıb.

"Hakimiyyətin uzun illərdir davam etdirdiyi "çevik” siyasət nəticəsində 2016-cı ildə Qarabağın statusu dəqiqləşmədən 7 bölgənin (5 + 2) geri qaytarılmasını təmin edən Rusiyanın təklifləri dövriyyəyə buraxıldı. Rusiya niyə belə bir təkliflə çıxış etdi?", - deyən Paşinyanın fikrincə, sadə bir səbəbə görə: Ermənistanın "çevik" siyasəti üzündən "Madrid prosesi" çıxılmaz vəziyyətə gəldi.

"Bəzilərinin Ermənistanın 2018-ci ildən sonrakı siyasətinin Rusiyaya meyilli olmadığı iddiaları doğrudursa, niyə 2016-cı ildə kifayət qədər Rusiyapərəst siyasət şəraitində bu cür Rusiya təklifləri doğuldu və aprel müharibəsi baş verdi?", - deyə Paşinyan qeyd edib.

Baş nazir müharibədən çəkinməyin yeganə variantının Qarabağın statusunu unudaraq ərazilərdən imtina etmək olduğunu bildirib. İndi geriyə baxanda, əlbəttə ki, bu versiyanın tərəfdarları çoxdur.

"Ancaq nəzərə almırlar ki, bu vəziyyətdə Gorisin yanında, Eyvazlı bölgəsində bir Azərbaycan işarəsi görünəcək.

Çevik siyasət tərəfdarlarının əsas çatışmazlığı uzun illərdir müharibəyə hazırlaşmaq deyil, müharibədən qaçmaq siyasətini yürütmələridir. Ən böyük səhvimiz iki il yarım ərzində talan edilmiş vəsaiti qaytara bilməməyimiz və müharibəyə lazımi səviyyədə hazırlaşmamağımızdır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti