“Kitab oxumayan millətin gələcəyi olmaz” - Deputat

“Kitab oxumayan millətin gələcəyi olmaz” -  Deputat
  29 Dekabr 2020    Oxunub:1660
"Parlamentə kitabxana yoxdur. Eyni zamanda rayonlarda da kitabxanalar yoxdur. Kitab oxumayan millətin gələcəyi olmaz”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Milli Məclisdə çıxışı zamanı deyib.

O, həmçinin qeyd edib ki, deputatı olduğu Yardımlı rayonunun Hamar kəndinə qaz çəkilməyib.

“Yardımlı rayonundan iki deputatıq. Musa Qasımlı və mən. Hamar kəndinə qaz çəkilməsi üçün 3 km ara var. Sxem çəkilib, amma qaz çəkilməyib. Bunu çəkdirmək mümkün deyil?! Düşünürəm ki, 3 km qaz çəkdirmək büdcəyə yük olmaz. Öz kəndinə qaz çəkdirməyən millətin dərdinə necə çarə qılaq?!”

Azvision.az


Teqlər: Milli-Məclis  






Xəbər lenti