DSMF-nin yeni büdcəsi qəbul olundu

DSMF-nin yeni büdcəsi qəbul olundu
  29 Dekabr 2020    Oxunub:1451
Milli Məclisin bu gün keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2021-ci il büdcəsi müzakirə edilib.
Azvision.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat, xərcləri 5146030160,0 manat məbləğində təklif edilib.

Qanun layihəsinə əsasən, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 milyard 631,5 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnozu ilə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur.

Qanun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: DSMF   Büdcə  





Xəbər lenti