Yaşayış minimumunun 196 manat olması təsdiqləndi

Yaşayış minimumunun 196 manat olması təsdiqləndi
  29 Dekabr 2020    Oxunub:1474
2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196 manat məbləğində müəyyən edilib.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində qeyd olunub.

Qanun layihəsinə əsasən, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində proqnozlaşdırılır. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6 manat və ya 3,1 faiz çoxdur.

Qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib

Azvision.az


Teqlər: Milli-Məclis   Büdcə  






Xəbər lenti