Hərbçi uşaqlarına müavinət verilməsi təsdiqləndi

Hərbçi uşaqlarına müavinət verilməsi təsdiqləndi
  29 Dekabr 2020    Oxunub:1714
Milli Məclisin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi üçüncü oxunuşda müzakirə olunub.
Azvision.az xəbər verir ki, qanuna dəyişiklikdə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət verilməsi təklif edilir.

Bununla bağlı qanuna aşağıdakı dəyişikliklər təklif edilir:

"4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;";

"7.0.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda;";

"9.1.7. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə;".

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq. Qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Azvision.az


Teqlər: Milli-Məclis   Layihə  






Xəbər lenti