Şuşanın azad olunmasında iştirak edən generallar - ADLAR+FOTOLAR

 Şuşanın azad olunmasında iştirak edən generallar -   ADLAR+FOTOLAR
  29 Dekabr 2020    Oxunub:25716
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 4646 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Bu medala layiq görülən hərbi qulluqçuların 1-i general-leytenant, 4-ü general-mayor, 31-i polkovnik, 141-i isə polkovnik-leytenantdır.

Təltif olunan generalların adlarını təqdim edirik:

Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant

Bərxudarov Mayis Şükür oğlu – general-mayor

Məmmədov Zaur Sabir oğlu – general-mayor

Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor

Sultanov Ağamir Əzizxan oğlu – general-mayor



“Vətən Müharibəsi Qəhrəmanı”, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev


Azərbaycan Ordusunun Birlik komandiri Mayis Bərxudarov


“Vətən Müharibəsi Qəhrəmanı”, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoymuş, Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən general-mayor Zaur Məmmədov


“Vətən Müharibəsi Qəhrəmanı”, Xüsusi Təyinatlı Qüvvələrinin komandan müavini Kənan Seyidov


Artilleriya qoşunlarının komandanı Ağamir Sultanov

Azvision.az


Teqlər: Şuşa   General  





Xəbər lenti