GT-ya qoşulmaq Ermənistana baha başa gəldi

GT-ya qoşulmaq Ermənistana baha başa gəldi
  13 Fevral 2014    Oxunub:1282
Gömrük İttifaqına qoşulandan sonra Ermənistanda dərmanların qiyməti artıb.
AzVison.az erməni mətbuatına istinadla xəbər verir ki, Gömrük İttifaqına qoşulandan sonra Ermənistanda dərmanların qiyməti 8-10% artıb.

Aykakan Jamanak qəzetinin məlumatına görə, dərmanların qiymətində bahalaşma Gömrük Ittifaqına qoşulmazdan əvvəl başlayıb. Belə ki, 2013-cü ilin əvvəllərində dərmanların qiyməti 7 % artıb. Bu baxımdan demək olar ki, son bir il ərzində ölkədə medikamentlərin qiyməti 17 %-dək artıb.

Bununla yanaşı bildirilir ki, GT-yə qoşulduqdan sonra Ermənistanda avtomobillərin də qiyməti artmağa başlayıb.

S. Həsənova


Teqlər:  





Xəbər lenti