5775 hərbçi Laçının azad olunmasına görə təltif edildi

5775 hərbçi Laçının azad olunmasına görə təltif edildi
  29 Dekabr 2020    Oxunub:3375
Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 5-i polkovnik, 39-u polkovnik-leytenantdır.

Azvision.az


Teqlər: Prezident   Laçın  






Xəbər lenti