Qeyd olunub ki, daxil olan məlumata əsasən Agentliyin xüsusi mobil əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı kənd ərazisində olan körpünün altında düşmən tərəfindən qoyulan partlayıcı qurğu (tərkibi: 158 kq plastik partlayıcı maddə, 125 kq amonium-nitrat tərkibli partlayıcı, 4 ədəd elektrik detonatoru və 30 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.
Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən düşmən işğalından azad olunmuş rayonlarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


