Qarabağ vəkil bürosu Şuşada yerləşəcək
O bildirib ki, büronun fəaliyyətinin təşkili üçün bütün lazımı səylər göstəriləcək: “Qarşımızda Qarabağ bölgəsində yeni vəkil qurumlarının yaradılması kimi şərəfli vəzifə dayanır. Dədə-baba yurdlarına, doğma torpaqlarına qayıdan vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməli, onların hüquqi yardıma çatımlılığı təmin edilməlidir. Vəkillik bu vəzifəni ən qısa zamanda yerinə yetirəcək".
A.Bağırov xatırladıb ki, münaqişənin başlandığı ərəfədə bir sıra ölkələrin, xüsusilə Türkiyə və Pakistanın Vəkillər kollegiyaları tərəfindən ölkəmizin haqq işində dəstək müraciətləri göndərilib.
Onun sözlərinə görə, hətta həmin təşkilatlar münaqişə nəticəsində zərər çəkmiş soydaşlarımıza maddi dəstək göstərilməsi barədə niyyətlərini bəyan ediblər: "Bundan baqşa, Ermənistan hökuməti tərəfindən Dağlıq Qarabağın işğalı ilə bağlı olaraq İran İslam Respublikasının Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının dəstək məzmunlu Bəyannaməsi qəbul edilib".
Azvision.az
Teqlər: Qarabağ Şuşa Anar-Bağırov







Vaxtında, Aydın, Lazımlı!


