Xocavənddə şəhid olan “Əjdaha” ləqəbli kəşfiyyatçı - FOTOLAR

   Xocavənddə şəhid olan “Əjdaha” ləqəbli kəşfiyyatçı -    FOTOLAR
  30 Dekabr 2020    Oxunub:5182
Vətən müharibəsində qəhrəmanlıq səlnaməsi yazan igidlərimizdən biri də kəşfiyyatçı leytenant Mayis Yaqubovdur.

Azvision.az-ın məlumatına görə, Füzuli istiqamətində, daha sonra Hadrutun işğaldan azad edilməsi əməliyyatında iştirak edən cəsur döyüşçünün hədəfi Azərbaycanın tarixi şəhərini - Şuşanı düşmən tapdağından azad etmək idi.
Uşaqlıqdan general olmağı arzulayan Mayisi döyüş yoldaşları “əjdaha” ləqəbi ilə çağırırdı. O, Xocavənd rayonunun Tuğ kəndinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.

22 yaşlı leytenant ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhid kəşfiyyatçı Qazax rayonunun Daş Salahlı kəndindəki Şəhidlər xiyabanında dəfn olunub.















Azvision.az


Teqlər: Şəhid   XTQ   Döyüş  






Xəbər lenti