860 şəhid ailəsi üzvü özünəməşğulluq proqramına cəlb olunub

 860 şəhid ailəsi üzvü özünəməşğulluq proqramına cəlb olunub
  30 Dekabr 2020    Oxunub:1023
Postmüharibə dövründə şəhid və qazi ailələrindən 1540 nəfər özünəməşğulluq proqramına cəlb edilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı Azvision.az -ın "Facebook" səhifəsində canlı yayımda sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 860-i şəhid ailəsi üzvləridir.

“Həmin ailələrlə görüş keçirərkən ailənin şəraiti, məşğulluq imkanları araşdırılır. Ailənin istəyi və bacarığına uyğun olaraq kiçik təsərrüfatların qurulması üçün dövlət dəstəyi verilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN  






Xəbər lenti