“Qarabağlılar öz torpaqlarına mütləq qayıdacaq”

 “Qarabağlılar öz torpaqlarına mütləq qayıdacaq”
  30 Dekabr 2020    Oxunub:1274
Hər bir qarabağlı öz torpaqlarına qayıtmaq üçün sıraya düzülüblər.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmaması ilə bağlı səslənən fikirlərə etirazını bildirərkən deyib.

“Biri mən, öz torpağıma qayıtmaq üçün ölürəm. Biri Bəxtiyar Sadıqov. Biz o torpaqlara geri qayıdacağımız günü illərlə gözləmişik. İnsanları ruhdan salmağa çalışırlar. Amma bacarmayacaqlar. Bu tipli şayiələr yaymaqda davam edirlər”.

Sədr Sahibə Qafarova isə Aqil Abbasa cavab olaraq bildirib ki, belə şaiyələr çox olacaq:

“Azərbaycanlılar müdrik xalqdır. Qarabağlılar öz torpaqlarına mütləq qayıdacaqlar”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Milli-Məclis   İclas  






Xəbər lenti