“Düşünürdüm ki, qələbədən sonra trollar tövbə edəcək” - Deputat

“Düşünürdüm ki, qələbədən sonra trollar tövbə edəcək” -  Deputat
  30 Dekabr 2020    Oxunub:1580
“Xalqımız Azərbaycan tarixinin heç bir səhifəsində belə qələbəyə imza atmayıb. Lakin bu gün bəzi trollar Azərbaycan Ordusuna, müzəffər Ali Baş Komandana qarşı qarayaxma kampaniyasına başlayıb"
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Məlahət İbrahimqızı deyib.

“Düşünürdüm ki, bu qələbədən sonra həmin trollar artıq tövbə edər. Bu trollar dünyada baş verən geosiyasi prosesləri başa düşə bilməzlər. Onlar Prezidentin 2003-cü ildən bu günə qədər qələbənin təməlinə atdığı addımlarını başa düşə bilməzlər. Dünən biz iki müharibədən çıxmış dövlət olsaq da, büdcəni qəbul etdik. Bəziləri büdcədən ayrılan vəsaitləri ironiya ilə ələ salırlar. Ermənipərəst mövqe nümayiş etdirənlərə qarşı amansız olmalıyıq. Daşnaklara qarşı necə mübarizə aparırıqsa, onlara qarşı da mübarizə aparmalıyıq”, - deyə deputat vurğulayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Milli-Məclis   İclas  






Xəbər lenti