Vitse-spiker: “Bir qızı 5 kişi istəyir”

 Vitse-spiker: “Bir qızı 5 kişi istəyir”
  30 Dekabr 2020    Oxunub:1687
“Bir qızı 5 kişi istəyir. Ancaq qız razılıq vermədən onunla evlənmək olmaz. O, özü həmin şəxslər arasından seçim edir. Bu, ona Tanrı tərəfindən verilmiş üstünlükdür”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli parlamentdə çıxış edərkən deyib. O qeyd edib ki, gender bərabərliyini süni sürətdə yaratmaq olmaz:

“Seçkili orqanlarda təbii seçim olmalıdır. Əgər buna demokratik proses kimi yanaşırıqsa, deyə bilmərik ki, qadınları seçin. Elm sahəsində də belədir. Kimin savadı varsa, o, elm sahəsində yüksəlir".

F.İbrahimli bildirib ki, gender siyasəti əsasən qadınların hüquqlarının pozulması istiqamətində olmamalıdır:

"Gender bərabərliyini süni surətdə dəyişmək olmaz. Gender siyasəti ilə gender bərabərliyini qarışdırmaq olmaz”.

Spiker Sahibə Qafarova isə bildirib ki, gender siyasəti çox yüksək səviyyədədir: “Düşünürəm ki, biz məsələni deputatlar səviyyəsində müzakirə etməliyik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Milli-Məclis   İclas  






Xəbər lenti