Polis əməkdaşları şəhid ailələri ilə görüşüblər

Polis əməkdaşları şəhid ailələri ilə görüşüblər
  30 Dekabr 2020    Oxunub:990
Siyəzən Rayon Polis Şöbəsinin şəxsi heyəti, eləcə də rayonun hüquq-mühafizə orqanlarının təmsilçiləri Vətən müharibəsində böyük şücaət göstərərək torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhid Elnur Qafarovun və Sadiq Məmmədovun ailələrini ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, görüşlərdə ailələrin problemləri dinlənilib, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, torpaqlarımızın azad olunmasında qəhrəman oğullarımızın igidliyindən və şücaətindən danışılıb.

Polis əməkdaşları hər iki şəhidin azyaşlı övladlarına Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hədiyyələr təqdim ediblər.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın ailələrinə, eləcə də aztəminatlı ailələrə baş çəkiblər.

Şöbə əməkdaşları onların problemləri ilə maraqlanıb, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim ediblər.

Azvision.az



Teqlər: DİN   Şəhid  






Xəbər lenti