BNA Bakıda tıxacların səbəbini açıqladı
"Gündəlik nəqliyyat axınında qeydə alınan artım təxminən 18%-dir. Son iki günün statistikası artım dinamikasının davam etdiyini göstərir. Belə ki, 29 dekabr tarixində 42 küçə və prospektdə sms icazə sistemindən əvvəl 7 dekabr tarixində olduğu kimi təxminən bir milyondan artıq nəqliyyat vasitəsi qeydə alınıb.
Artım özünü gündəlik sərnişin səfər sayında da göstərməkdədir. SMS icazə sisteminin tətbiq olunduğu ilk həftə ilə müqayisədə gündəlik sərnişin səfər sayının təxminən 1 200 000-ə qədər idisə hazırda bu göstərici 1 500 000-dən çoxdur".
Aytən Zəhra
Azvision.az
Teqlər: BNA







Vaxtında, Aydın, Lazımlı!


