Gizli işləyən gözəllik salonu aşkarlanıb

Gizli işləyən gözəllik salonu aşkarlanıb
  30 Dekabr 2020    Oxunub:1221
Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən gözəllik salonu aşkarlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, salonu icarə əsasında işlədən rayon sakinləri Ə. Hüseynova və T. Yusibova barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində, müştəriləri isə 100 manat məbləğində cərimə edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti