Şuşada fəaliyyət göstərən çörək sexi qeydiyyata alındı

Şuşada fəaliyyət göstərən çörək sexi qeydiyyata alındı
  30 Dekabr 2020    Oxunub:1266
İşğaldan azad edilmiş Şuşa şəhərində bu günlərdə fəaliyyətə başlayan çörək istehsalı müəssisəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Azvision.az -ın məlumatına görə, AQTA-ya "Azhun Holding" MMC tərəfindən Şuşa şəhəri, General Quliyev küçəsi, ev 7 ünvanında yerləşən çörək istehsalı müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün müraciət daxil olub.

Çörək istehsalı müəssisəsi qanunvericiliyə uyğun olaraq 58-Q-00002 qeydiyyat nömrəsi ilə qida təhlükəsizliyi qeydiyyatına alınıb və “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestri”nə daxil edilib. Agentlik tərəfindən sözügedən müəssisə lazımi metodiki-texniki dəstək ilə təmin edilib.

İşğaldan azad olunmuş ərazilərdə qida zəncirinin bütün mərhələlərinə uyğun yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlaması istiqamətində sahibkarlara Agentlik tərəfindən lazımi metodiki köməklik göstəriləcək.

Azvision.az


Teqlər: Şuşa  





Xəbər lenti