Evlənmək məqsədilə 7 qız qaçırıldı

 Evlənmək məqsədilə 7 qız qaçırıldı
  31 Dekabr 2020    Oxunub:1128
2020-ci ilin yanvar-iyun aylarında 11 adam oğurluğu üzrə cinayət hadisəsi qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, bunlardan 7-si evlənmək məqsədilə qadın oğurluğu hadisəsi olub.

Hesabat dövründə adam oğurluğu üzrə cinayət törətmiş 38 nəfər məsuliyyətə cəlb edilib.

2020-ci ilin birinci yarısında oğurluq üzrə 3584 cinayət hadisəsi baş verib. Bunlardan 1181-i mənzillərdən oğurluq olub. Cari ilin 6 ayında oğurluq üzrə cinayət törətmiş 1385 nəfərdən 1327-si məsuliyyətə cəlb edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Oğurluq   Evlənmək   Qız-qaçırma  






Xəbər lenti