Hulusi Akar Qarabağda xidmət edəcək hərbçilərlə görüşdü

 Hulusi Akar Qarabağda xidmət edəcək hərbçilərlə görüşdü
  31 Dekabr 2020    Oxunub:2070
Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycana səfərə gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, H.Akar Bakıda Dağlıq Qarabağda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzində xidmət edəcək hərbçilərlə görüşüb.

Nazir bəyan edib ki, türk hərbçiləri Qarabağda xidmətə hazırdırlar.

"Birgə Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək. Azərbaycanlı qardaşlarımızın hüquqlarını müdafiə etmək vəzifəmizi yerinə yetirəcəyik”, - deyə H.Akar vurğulayıb.

Azvision.az


Teqlər: Hulusi-Akar  






Xəbər lenti