Hulusi Akar Bakıda: “Hamı ölkə və bayrağı üçün canını qoydu” - FOTOLAR

  Hulusi Akar Bakıda:  “Hamı ölkə və bayrağı üçün canını qoydu” -  FOTOLAR
  31 Dekabr 2020    Oxunub:2352
Xəbər verdiyimiz kimi, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi general Yaşar Gülər və bir qrup yüksək rütbəli hərbçi gecə saatlarında Azərbaycana gəlib.
Azvision.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və digər rəsmi şəxslər tərəfindən qarşılanan Akar və onun rəhbərlik etdiyi nümayəndə heyəti hərbi mərasimdə iştirak edib.

Mərasimə Azərbaycan Silahlı Qüvvələrinin personalı ilə yanaşı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk əsgərləri də qatılıblar.

Akar hərbçiləri Azərbaycan Ordusunu qazandığı şanlı Qələbə münasibətilə təbrik edib.

“Hər şey aydın və birmənalıdır, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Hər kəs bunu başına yazmalı, heç kim unutmamalı, səhv hesablama etməməlidir”, - deyə nazir bildirib.



Akar, həmçinin Azərbaycan Ordusunun gözlərini qırpmadan edilməsi lazım olanı etdiyini vurğulayıb: “Siz, həqiqətən Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarının işğaldan azad edilməsi uğrunda iman dolu sinələrinizi sipər etdiniz.

Əsgər marşında deyildiyi dediyi kimi, "Azərbaycan əsgəri dönməz geri”. Hamı ölkə və bayrağı üçün canını qoydu, torpaq bütünlüyü üçün Azərbaycan Silahlı Qüvvələri lazım olanı etdi, torpaqları əsl sahiblərinə qovuşdurdu”.















Pərvanə Sultanova
Azvision.az


Teqlər: HulusiAkar  






Xəbər lenti