ARDNŞ-dən `Bakı-Novorossiysk` açıqlaması

ARDNŞ-dən `Bakı-Novorossiysk` açıqlaması
  14 Fevral 2014    Oxunub:1038
`Bakı-Novorossiysk kəməri ilə neftin qarşılıqlı faydalı şərtlər əsasında nəqlinin davam etdirilməsi "Transneft" şirkətinin, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) marağındadır`. Bu açıqlama ARDNŞ-dən verilib.

Şirkətdən Trend-ə bildiriblər ki, hazırda qüvvədə olan müqavilənin vaxtı hələ bitməyib və şirkətlər arasında bununla bağlı intensiv danışıqlar gedir: "Danışıqlar başa çatdıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək".

Rusiya KİV-in daha əvvəl yaydığı məlumata görə, ARDNŞ "Transneft" şirkətinə Bakı-Novorossiysk kəməri ilə neft nəqli üzrə tranzit müqavilənin müddətinin uzadılması ilə bağlı müraciət edib.

Hazırda Azərbaycandan neft üç neft kəməri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk, eləcə də dəmiryol ilə ixrac olunur. Beləliklə, Bakı-Novorossiysk kəməri ilə neftin nəqlindən imtina edilərsə, neft digər iki neft kəmərinə yönəldilə bilər.

ARDNŞ-dən daha əvvəl bildirmişdilər ki, Bakı-Novorossiysk ilə nəqlin dayanmasından sonra bu marşrut üzrə nəql edilən neftin həcmləri Azərbaycan neftinin əksər hissəsinin ixrac edildiyi Bakı-Tbilisi-Ceyhan neft kəmərinə yönləndiriləcək.


Teqlər:





Xəbər lenti