Prezident yaşayış minimumu haqqında qanunu imzaladı

Prezident yaşayış minimumu haqqında qanunu imzaladı
  31 Dekabr 2020    Oxunub:1561
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb.
Azvision.az xəbər verir ki, sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşib.

Belə ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  






Xəbər lenti